Məxfi psixoloq seansı.
Rahat danışmaq üçün.
Şəxsi mövzuları fərdi görüşdə danışmaq istəyirsinizsə, psixoloq Şahnaz Abdullayeva ilə online və ya canlı seansın təşkilini əvvəlcədən müzakirə edə bilərsiniz.

“Gizli psixoloq” axtararkən nəyi dəqiqləşdirmək olar?
Psixoloqa müraciət etdiyinizi və danışdığınız mövzuları şəxsi saxlamaq istəyə bilərsiniz. İlk əlaqədə görüşün necə təşkil olunduğunu, paylaşdığınız məlumatların kimə açıq olduğunu və məxfiliyin sərhədlərini soruşun. Bu sualları vermək üçün əvvəlcədən probleminizin bütün təfərrüatlarını izah etmək lazım deyil.
Online və ya Bakıda canlı görüş
Onlayn psixoloq seansına Azərbaycandan və xaricdən rahat olduğunuz məkandan qoşula bilərsiniz. Bakıda canlı psixoloq görüşü Şəfaət Mehdiyev küçəsində əvvəlcədən razılaşdırılmış vaxtda keçirilir; dəqiq qəbul yeri qeydiyyatdan sonra bildirilir.
Formaya hansı məlumatları yazıram?
Ad, telefon nömrəsi, xidmət və görüş formatı qeyd edilir. Forma diaqnoz və seans qeydlərini toplamır. Müraciət məlumatları ictimai saytda göstərilmir və sahib panelindən idarə olunur. Saxlanma müddəti və silinmə müraciəti barədə məxfilik səhifəsində məlumat var.
Görüşdən əvvəl suallarınızı verin
Seansın müddətini, qiymətini, saatını, məxfilik şərtlərini və online formatın uyğunluğunu əvvəlcədən danışa bilərsiniz. Görüş vaxtını dəyişmək və ya davam etmək qərarı da ayrıca razılaşdırılır.
Məxfilik barədə suallar
Gizli psixoloq seansı nə deməkdir?
Bu ifadə ilə çox vaxt şəxsi mövzuların başqalarının yanında müzakirə olunmadığı fərdi görüş nəzərdə tutulur. Seansın məxfilik şərtləri, məlumatların saxlanması və istisnalar ilk görüşdə ayrıca izah edilir.
Məxfi görüş anonim görüşdür?
Məxfilik və anonimlik eyni anlayış deyil. Saytın müraciət forması görüşü razılaşdırmaq üçün ad və telefon nömrəsi qəbul edir. Şəxsi probleminizin təfərrüatları və diaqnoz formadan soruşulmur.
Online görüşdə rahat danışmaq üçün nə edə bilərəm?
Sizi eşitməyəcəkləri sakit bir məkan və qulaqlıq seçin. Ortaq məkandasınızsa, görüş zamanı narahat edilməmək üçün vaxtınızı əvvəlcədən planlaşdırın. Videozəng platforması və görüş linki qeydiyyat zamanı razılaşdırılır.
Seans barədə sualımı necə verə bilərəm?
WhatsApp və ya telefonla məxfilik, qiymət, müddət və görüş formatı barədə soruşa bilərsiniz. Əlaqə zamanı şəxsi mövzunuzun bütün təfərrüatlarını danışmaq məcburi deyil.
Danışmağa hazırsınızsa,
buradayam.
İlk görüş haqqında suallarınızı verin.
Vaxtı və formatı birlikdə razılaşdıraq.
